“Mən cinayətkar sayıla bilərəm, əgər…”

Rusiyalı jurnalist Aleksandr Nevzorov Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə açıq məktub yazıb. Bu barədə “Rosbalt” xəbər verir.

Nevzorovun sözlərinə görə, onun barəsində cinayət işinin açılmasında məqsəd – bütün Rusiya jurnalistlərinə “heç kimə aman verməyəcəklərini” göstərməkdir. Nevzorov qeyd edir ki, eyni zamanda saxta məlumat haqqında qəbul edilmiş qanun KİV-lər haqqında qanuna və fikir bildirmək hüququnu təsbit edən Rusiya Federasiyasının Konstitusiyasına ziddir.

“Razılaşın, vəziyyət qəribədir. Nədənsə qurtulmaq lazım olacaq. Başa düşdüyümə görə, bu, Kütləvi İnformasiya Vasitələri haqqında Qanun və Konstitusiya olacaq. Bu xırdalıqları aradan qaldıran kimi özümü cinayətkar saya bilərəm. Amma indi yox”, – jurnalist vurğulayıb.

Nevzorov Bastrıkinə bu gülünc işi bağlamağı təklif etdi: “Mən isə, öz növbəmdə, sizə olan əvvəlki hörmətin qalıqlarını saxlamağa çalışacağam”.

Ötən gün Rusiyanın İstintaq Komitəsinin jurnalisti Aleksandr Nevzorova qarşı Rusiya ordusu haqqında saxta məlumatlar yaymaq maddəsi ilə cinayət işi açdığı bildirilib. İş materiallarında jurnalistin sosial şəbəkələrdə Mariupoldakı doğum evi ətrafındakı vəziyyətlə bağlı dərc etdiyi yazılardan bəhs edilir.

Müstəqil.Az

Share: