Rusiya Ukraynada 15 minə yaxın hərbçi itirib

Rusiya ordusunun Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 15 000-ə yaxın hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 498 ədəd tankı, 1535 ədəd zirehli döyüş maşını, 240 ədəd artilleriya sistemi, 45 ədəd havadan müdafiə sistemi, 97 ədəd hərbi təyyarəsi, 121 ədəd helikopteri, 969 ədəd nəqliyyat vasitəsi, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 24 ədəd dronu məhv edilib.

Müstəqil.Az

 

Share: