Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun binası vurulub

Azərbaycan Respublikasının fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binası ciddi dağıntılara məruz qalıb. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi məlumat yayıb.

Fəxri Konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda təhlükəsiz yerdədirlər.

Müstəqil.Az

Share: