Azərbaycanın İrana verdiyi NOTA – SİYASƏTİN GİZLİ MƏQAMLARI…

İran İslam Respublikasının ölkəmizdəki səfiri XİN-ə dəvət olunub. Görüşdə səfirin diqqəti ölkəsinə məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim edilib.

Maraqlıdır, bu nota iki ölkə arasında münasibətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını cavablayan Siyasi və Hüquq Strateji Araşdrımalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov bildirib ki, Azərbaycan 44 günlük müharibədən sonra regionda yeni reallıq formalaşdırıb. O qeyd edib ki, bu reallıqlar bütün region ölkələri tərəfindən qəbul olunmalıdır:

“Bəzi hallarda bununla bağlı müəyyən qısqanclıq hisslərinin şahidi oluruq. Azərbaycanla İran dövləti arasında münasibətlər yaxşı səviyyədədir. Yeni reallığın şərtlərindən biri olan Zəngəzur dəhlizinin açılması məsələsində də İranın mövqeyi bəllidir. Bu dəhlizin açılması İranın özü üçün də böyük imkanlar yaradır. Bu bir daha sübut edir ki, Azərbaycan qonşu dövlətlərə qarşı dost münasibəti göstərir və heç bir ərazi iddiası yoxdur”.

X.Bəşirov qeyd edib ki, bununla yanaşı Azərbaycan dövlətinin öz maraqları var:

“Sərhədlərimizin toxunulmazlığı, dövlətimizin təhlükəsizliyinin qorunması və milli mənafeyimiz bizim üçün hər şeydən vacibdir. İşğaldan azad edilən əraizlərlə bağlı hansısa dövlətin ədaltəsiz yanaşması bizim üçün çox həssas məsələdir. Azərbaycan dövləti rəsmi qaydada İrana sərt möqeyini bildirib. Azərbaycan müstəqil siyasət yürüdür. Bu nota bir daha sübut edir ki, Azərbaycan onun dövlətçilik maraqlarına toxunan istənilən məsələyə özünün prinsipial mövqeyini ortaya qoymağa hər an hazırdır”.

Müstəqil.Az

Share: