Şairə Nəcibə İlkin iki kitabını təqdim edəcək

Müstəqil.az xəbər verir ki, iyulun 22-si, saat 14:00-da  “AZƏRKİTAB” kitab  təbliğat mərkəzində “Azad qələm” jurnalının təsisçisi və baş redaktoru,  şairə Nəcibə İlkinin “Gədəbəy Qartalı” və “Yarımçıq toy” adlı kitablarının təqdimat mərasimi keçiriləcək.

Həmin gün həm “Milli Mətbuat” günü, həm də şairənin  60 illik yubiley günüdür. Nəcibə İlkin facebook divarında özü üçün üçün ikiqat bayram saydığı bu gözəl gündə şeiri və sözü sevən dəyərli dostlarının hər birini yanında görməkdən məmnun olacağını qeyd edib.

Qeyd edək ki, hər iki kitabın redaktoru tanınmış yazıçı Elçin Hüseynbəylidir.

 

Nəcibə xanıma yeni yaradıcılıq uğurları və necə gözəl doğum günləri qeyd etməsini arzulayırıq.

 

Aysel Səfərli

 

Müstəqil.Az

 

Puede ser una imagen de 2 personas, incluido Necibe Ilkin

Share:

Author: admin