Şair Günay Ümid “Acı şokoladı” təqdim edəcək

Müstəqil.Az xəbər verir ki, tanınmış ,istedadlı şairə Günay Ümidin “Acı Şokolad” adlı yeni şeirlər kitabı çap olunub.

 

26 iyul,saat 16:00-da, Xırdalanda yerləşən “Heydər Əliyev” mərkəzində kitabın təqdimat mərasimi və imza günü keçiriləcək.

Şeiri, sözü sevən hər kəs dəvətlidir.

 

Günay Ümid uzun illərdir özünəməxsus üslubu və gözəl şeirləri ilə sözdən anlayan, sözü sevən,  tanıyan hər kəsin sevimlisinə çevrilib. O, ürək ağrısının solaxaylığından şikayətlənib, sancıların şeirdə ayaq açdığını ustalıqla söyləyə bilən, gözəl qələm sahibidir.

 

Yaman solaxaydı ürək ağrısı,

Sancısı şeirdən tutub yeridi.

Taleyi ovucdan oxuyan şair,

Əllərim bir ovuc sığal yeridi.

(Günay Ümid)

 

Günay duyğularının sehrinə yığışıb 26 iyulu söz bayramına çevirmək üçün “Acı şokoladı” şirin anlara qərq etməyə gedək!

Gənc şairə yaradıcılıq zirvələri arzulayırıq.

Sənin  və sözünün yanındayıq, Günay!

 

Aysel Səfərli

Müstəqil.Az

 

Share: