Qalmaqallı “WikiLeaks” saytının qurucusu Culian Assanj özünün “Twitter” mikrobloqunda müəmmalı şəkil yerləşdirib.
Müstəqil.Az xəbər verir ki, bi neçə ildir Ekvadorun Böyük Britaniyadakı səfirliyində onu zorlamada ittiham edən İsveç hüquq-mühafizə orqanlarından gizlənən Assanj hesabında şahmat lövhəsi şəklini yerləşdirib və şəklə heç bir şərh verməyib.
Xeyli istifadəçi bu şəkil vasitəsilə Assanjın nə demək istədiyini tapmağa çalışıb.