“M” -Xəttat KİLİMÇİnin yeni hekayısi

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Qar durmadan yağır. Çardağın altını təmizləmək lazımdır,bir az da hökmlü görünmək üçün daha qaba səslə : “Qar həmişəyaşıl ağaclardan bir neçəsinin budağını sındırıb, küçənin suyunun da hamısı qapımızdadır, əlim-ayağım iş tutsaydı, heç kimə igəşməzdim, iş həmişə məndə xoş əhval yaradır”,-deyir. Sonra hörüklərini açıb yanlarına atır nənəm, televizorun səsini artırır: ”Bütün strukturlar gücləndirilmiş iş rejiminə keçib, 2 gün ərzində dəm qazından düz beş nəfər dünyasının dəyişib, yollardakı qəzalar can almaqda davam edir. Yenə sürət!”

Aparıcının üzündəki ifadədən həyasızlıq yağır,sanki verdiyi məlumatlardan məmnundur və ölkədə belə hadisələrin olması onları informasiya qıtlığından xilas edir.
Nədənsə, heç kədərlənə bilmirəm, M. Səni unuda bilmədiyim üçün üzr istəyirəm!
Ətrafı bürüyən iynə-dərman iyi, masanın üzərinə dağılmış klassiklərdən bir neçə köhnə kitab, tavanın bir küncündən üzüaşağı hərəkətdə olan hörümçək…hansı ki, onun nə dünyadakı siyasi proseslərdən, nə nənəmin hikkəsindən, nə də səni unuda bilməməyimdən xəbəri var.Qadın əli dəyməyən hər yerdə sanki bir bayram havası var…
Çox qəribədir, düşündüklərimlə dilim arasında əlaqəni itirməkdəyəm, düşüncələrimi sözə çevirmək mənə cəhənnəm əzabı kimi gəlir, elə bilirəm, sənin haqqında olan duyğularımı sözə çevirə bilməməyimdəndir səni itirməyim.
Küçədən kiminsə səsi eşidilir: ”Dollar yavaş-yavaş düşür, mən demişdim də sizə, belə getməz!”
“Həyasızlığa bir bax, camaat iki aydır, sosial yardım ala bilmir”,- deyir nənəm.Yarıya qədər qalxıb pəncərədən yağan qar dənəciklərinə baxmaq istəyirəm.Axx, bu xəstəlik də məni lap əldən salıb.Sanki bütün dünyadakı bəlaların kökü mənim xəstə olmağımda gizlidir.Əgər mən xəstə olmasaydım, camaat iki ay sosial yardım almaqda çətinlik çəkməyəcəkdi, dəm qazından ölən- filan olmayacaqdı, Tramp Şimali Koreyanı müharibə bəyanatları ilə hədələyə bilməyəcəkdi, yollardakı qəzalarda heç kim ölməyəcəkdi.Mən xəstə olmasaydım, çox güman ki, sən də yanımda idin…
“Bu dəyqə qəti uzanıb dincəlməyə həvəsim yoxdur”,- deyir nənəm.”Bir iş görmək lazımdır,həyəti su basır,qapı-baca yaman gündədir.Allah rəhmət eləsin atanı,evi necə gül kimi saxlayırdı.Qonşular onun səliqə – sahmanından hələ də danışır.Anan da elə zəhmətdən,işdən-gücdən ayrılmadı,səni bilirsən, necə zülm-zillətlə oxudublar”.
Bilmirəm,indi sən bu soyuq havada necə baş çıxarırsan…!?
Gecə yaman şaxta olacaq, harda isinəcəksən, harda gecələyəcəksən görən…!? Açığı, səni unutmaq üçün çapaladığım günlər də az olmadı, amma bacarmadım.Məni bağışla, M…
“Yaxşı ki, baban bu andıra qalmış evi tikdi vaxtında, yoxsa hələ də uçuq daxmada canımız çıxırdı, ama övladları ona oxşamadı.Elə bilirsən, qulaqlarıma çatmır nə deyirlər, qonşular? Lağa qoyub gülürlər.Hamı ev-eşik oldu, mənimsə iki pəhləvan kimi oğlumun biri rus arvadın, o biri də içkinin güdazına getdi…”
Sən əzizlərinin canı, bunu necə bacardın, yəni səssiz-səmirsiz yoxa çıxmağı!? Rəngi qaçmış dodaqlarımı, üzülüb əllərimdən sallanan barmaqlarımı, tellərini isladan göz yaşlarımı,çarəsizliyimi necə unutdun!? Hansı ki bizim necə arzularımız vardı..!
“Day mən də əldən düşmüşəm, dünən çörəyi də təndirə yapa bilmədim, sağ olsun qonşu gəlini Zəhra, gəlib kömək etdi. O da iki uşaqla bədbəxtdir,əri orsiyətdə kefdə-damaqda, bu da qaynata evində zülmdə.Özü də ali savadlı,işləməyə də qoymurlar ki, guya Rüstəmin acığına gələr, eşidib bilər, sonra qan düşər”.
Nənəm bədbəxt insanlar haqqında elə danışır ki, sanki onların bütün günahkarı mənmişəm.Ya da bütün digər insanlar bədbəxtdirlər, yalnız bizim ikimizdən başqa…
“Bir-iki günlük odun qalıb. Qış da hələ qabaqdadır.Yayda havaların həlim vaxtında dilimin çürüyü çıxdı deməkdən ki, a bala, qabaqdan sərt qış gəlir, bağın-bağcanın qurumuş ağaclarını kəs, yolboyu rəhmətlik babanın əkdiyi qarağaclar heç nəyin karı deyil, əksinə, həyətə bir şey əkəndə kölgəsi ziyanlıq edir, kəs tök o ağacları demədimmi?”
Yazıq nənəm üç ildir, eyni sözləri təkrar edir, ayaqlarım hərəkətdən düşəli düz üç ildir və yenə də nənəm elə bilir ki, keçən yay mən sağlam olmuşam.Maraqlıdır, mən yeriməyəndən elə bilirəm ki, hər şeyin ayaqları varmış və onlar məndən sürətlə uzaqlaşmaqdadırlar…
Televizorda hansısa axmaq bir aparıcı ölkə inkişafından bəh-bəhlə danışır: ”Dünya birjalarında qara qızılımızın qiyməti günü-gündən artır.Ekspertlər söyləyir ki, Azərbaycan neftinə dünya bazarlarında tələbat olduqca yüksəkdir.Hakimiyyətimizin apardığı uğurlu siyasət nəticəsində iqtisadi böhrandan üzü ağ çıxmış vətənimiz durmadan çiçəklənir.Avropada kütləvi işsizliyin tüğyan etdiyi bir vaxtda ölkəmizdə vəziyyətin bu qədər qənaətbəxş olması,şübhəsiz, bizi gözü götürməyən qüvvələri daim na…”
-Oğul,günortadan sonra evdə olmayacam, yas yerinə gedəcəm, qonşu küçədəki Firudun kişi var ha, onun bir oğlu şəhərdə yaşayırdı, dünən evdə ölüsünü tapıblar, bu gün kənddə dəfn olunacaq.Deyirlər, çoxlu borcu varmış banka, özünü asıb öldürüb.
Bu vaxt küçədən kiminsə səsi gəlir: ”Aya, sənlə də zarafat eləmək olmur, bir qələtdi də etdik, day bəsdi”.
Nənəm yenə
 
 
 
də danışır:
-Siçanlar evi başına götürüb.Bu soyuqda, qarda-qiyamətdə hardan çıxırlar, bilinmir.Bibin oğlu Fəridə düz üç gündür deyirəm ki, bala, yolun hər gün bazara düşür, mənə qara zəhər al, pulunu da artıqlamasıyca verrəm, elə həmişə baş üstə deyir, ama ortalıqda heç nə yox. Heyf çəkdiyim zəhmətdən, heç kim ev-eşiyini ildə iki dəfə şirələmir məndən başqa, ama nə xeyri, sanki siçanlar da bizim əldən-ayaqdan kəsildiyimizdən duyuq düşüblər.Sənə də neçə dəfələrlə dedim axı,evə pişik lazımdır.Evdə pişik olanda bu qədər siçan gözümə dəymirdi, indi üzərimizdə gəzirlər, iyrənməyə düşmüşəm.
Elə bil o sarı qoca kaftardan başqa pişik yoxdu xarabada, dilindən-ağzından düşmür.
Heç nəyə münasibət bildirmək istəmirəm. İndi sənin bütün əzab-əziyyətlərinə qatlaşmağa hazıram,M. Axı nənəmə necə başa salım ki, səni bu əllərim böyüdüb, yuxudan oyanan kimi hələ saçlarımın sırası düzəlməmiş, hələ gözlərimin xumarı çəkilməmiş səni sinəmin üzərində görmüşəm.Ta ki xəstələnib yatağa düşdüyüm vaxta qədər. İndi başıma belə bir müsibətin gəldiyi vaxtda səni axtarmaqdan, səni arzulamaqdan təbii nə ola bilər ki! Burnunu iki barmağım arasında sıxıb qulaqlarına həyata dair arzularımı pıçıldadığım vaxtlar vardı ha, elə görüb-görəcəklərim onlar oldu.Yəni, arzulamaq, onları pıçıldamaq qaldı mənə, başqa heç nə.
-Bala, siçanların işini neyləyək?
Qapıdan qonşu uşağın səsi gəlir:
-Güli nənə,Güli nənə, muştuluğumu ver, məstan qayıdıb…
 
 
147 baxılıb
mersin escort