Makqreqor Həbiblə revanş döyüşünə çıxacaq? – AÇIQLAMA

İki çəki dərəcəsi üzrə sabiq UFC çempionu Konor Makqreqor kəmər uğrunda döyüşmək şansı əldə edəcək.
 
Makqreqorun Həbib Nurməhəmmədov – Castin Qetji döyüşünün qalibi ilə qarşılaşmaq ehtimalı yaranıb. Bu barədə UFC prezidenti Deyna Uayt məlumat verib:
“Hazırda Qetji ilə Həbibin döyüşünə hazırlaşırıq. Döyüşün nəticəsinin necə olacağı özüm üçün də maraqlıdı. Konora gəlincə, o, sözügedən qarşıdurmanın qalibi ilə qarşılaşa bilər”.
Qeyd edək ki, Həbib Nurməhəmmədov 2018-ci ilin oktyabr ayında nokautla Konor Makqreqora qalib gəlmişdi. Daha sonra irlandiyalı revanş istəsə də, Həbib rəqabət baxımından döyüşün onun üçün heç bir maraq kəsb etmədiyini bildirmişdi.

Müstəqil.AZ

Share: