Azərbaycanda iki banka bir ay möhlət verildi – RƏSMİ

“Azərbaycan Mərkəzi Bankı tərəfindən “Accessbank” və “Rabitəbank”a audit hesabatının təqdim edilməsi üçün möhlət verilib”.

Müstəqil.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Sədrin sözlərinə görə, iki banka hesabatın təqdimatı üçün möhlət verilib:

“Onlar bir ay möhlət istəyiblər. Bir ay ərzində prosesi başa çatdıracaqlar”.

O qeyd edib ki, elə banklar var ki, onların kapitalı tələbdən aşağıdır:

“Amma bu bankların kapital adekvatlığı qənaətbəxşdir”.

Müstəqil.AZ

Share: