Dənizçilərin yeni birliyi qeydiyyata alındı

Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi Ədliyyə Nazirliyinin Baş Notariat idarəsi tərəfindən qeydiyyata alınıb.

Bu haqda Müstəqil.Az-a Birliyin sədri, ADXG QSC XDND idarəsinin gəmi kapitanı, şair Faiq Balabəyli məlumat verib.

“Doğma Xəzərdə və dünyanın bütün sularında üzən dənizçilərimizə sevindirici xəbər!
Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi ( Yeni adı Dənizçilərə Sosial Dəstək İctimai Birliyi) Ədliyyə nazirliyinin baş notariat idarəsində qeydiyyatdan keçdi.
Biz sizinləyik, biz sizə dəstək olmaq üçün, problemlərinizin həlli üçün bacardıqlarımızı etmək üçün gəldik.”
Müstəqil.Az

Share: