Valideynlərin dəyəri uşaqların dili ilə – VİDEOÇARX

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yeni videoçarx yayımlayıb.

Videoçarxda hər uşaq üçün valideynlərinin nə qədər qiymətli, dəyərli olduqları elə azyaşlıların öz baxışı, dili ilə təqdim edilir. Onlar bu barədə təbii təsəvvür və düşüncələrini bölüşürlər.

Uşaqların valideyn qayğısı ilə əhatə olunmasının onlar üçün nə qədər böyük dəyər və məna kəsb etdiyini nümayiş etdirən videoçarx övlada bağlılığın təbliği, uşaqların atılmasının qarşısının alınması istiqamətində maarifləndirmə məqsədi daşıyır.

Share: