Qənirə Paşayevadan Ramil Səfərova dəstək – “Yüz minlərlə soydaşın yanındadır”

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan ordusunun zabiti, polkovnik-leytenant Ramil Səfərovun ailəsini ziyarət edib.

 

Müstəqil.Az Modern.az-a istinad edərək xəbər verir ki, millət vəkili bu barədə özü məlumat verib.

“Dəyərli qardaşımız, Macarıstanda məhkəmə qarşısında dayananda, “əgər üzr istəsən, daha yüngül cəza alacaqsan, əks halda cəzan çox ağır olacaq!” dediklərində belə, son sözündə məhkəməyə üzr tutaraq “mən sizdən mərhəmət deyil, ədalət istəyirəm!” deyib, çıxışında ermənilərin işğalçı zehniyyətini və bağışlanmaz hərəkətlərini faktlarla sadalayan mərd zabitimiz Ramil Səfərovun ailəsini ziyarət etdik, geniş fikir mübadiləsi apardıq. “Yüz minlərlə soydaşın, həmvətənin yanındadır!” dedik”, – deyə Qənirə Paşayeva bildirib.

Komitə sədri Avropa İnsan Haqları Məhkəməsinin qərarını başqa cür şərh etmək istəyənlərə deyib ki, bu, işğalçı Ermənistanın uğuru yox, tam tərsinə, böyük uğursuzluğu oldu:

“Çünki Ramillə bağlı və Azərbaycan dövləti ilə bağlı qaldırılmış böhtan dolu, əsassiz iddiaları, qitə məhkəməsi qəbul etmədi; bununla da, ermənilərin bütün çirkin niyyətləri puç oldu”.

Turan ASLAN

323 baxılıb
mersin escort