Dağıstanda yerləşən çadır şəhərciyində 120 azərbaycanlı qalıb

Vətənə qayıtmağı gözləyən yüzlərlə Azərbaycan vətəndaşı Dağıstan sərhədində ağır şəraitdə qalmaqda davam edir.

Müstəqil.Az bu fikirləri Dağstanda Kullar qəsəbəsi yaxınlığında yerləşən çadır şəhərciyində olan Azərbaycan vətəndaşı Asim Tağıyev Turan-a verdiyi məlumatdaan əldə edib.
Onun dediyinə görə bir aydır insanlar Maqaramkent rayonunun Kullar qəsəbəsi yaxınlığında faktiki olaraq səhra şəraitində yaşayırlar: “Amma qadınları, uşaqları, yaşlıları və xəstələri artıq Azərbaycana buraxıblar. Mayın 19-da və 26-da 120 və 131 nəfərlik iki qrup ölkəyə keçib.
Eyni zamanda, Kullar yaxınlığında 400-500 nəfər qalıb”. Mətbuatda gedən bu məlumatın dəqiqliyini yoxlamaq üçün Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin sədr müavini Xosrov Həsənbəyov visiontv.az bildirdi ki, mətbuatda gedən bu tip məlumatlar çox vaxt yanlış olur:
“Hazırda Kullar yaxınlığında yerləşən çadır şəhərciyində 120 azərbaycanlı qalıb. Onlar da tezliklə Azərbaycan tərəfə keçəcəklər”. Xosrov Həsənbəyovun dediyinə görə Kullar yaxınlığında yerləşən çadır şəhərciyinə Rusiyanın bütün bölgələrindən azərbaycanlılar gəlir: “Onları burada müvəqqəti yerləşdirirlər. Və müəyyən say olduqda mütamadi olaraq Azərbaycan Respublikasına buraxırlar”.
Müstəqil.Az
 
 
 
 
 
Share: