Sosial şəbəkələrin milli maraqlara vurduğu zərbə-İT mütəxəssisi Elvin Abbasov

Dünyada sosial şəbəkələrin kirli təbliğatına son qoyacaq qərar ABŞ prezidenti Tramptdan gəldi. Beləki ABŞ prezidenti Donald Tramp sosial media platformalarına dair yeni hüquqi tənzimləmələr nəzərdə tutan fərmanı imzaladı. Bununlada dünyada ciddi bir mövzu müzakirəsinə start verdi. Bəs ABŞ prezidentinin bu fərmanı Azərbaycan üçün nə dərəcədə aktualdır.

İT sahəsi üzrə ixtisaslaşmış TimeSoft şirkətinin direktoru Elvin Abbasov: “Belə demək mümkünsə nəhayət ki, 2015-ci ildə sosial şəbəkələrin yaratdıqı təhlükələr barədə dediyim fikirlər artıq dünya miqyasında aktuallıq qazanır. Bu məsələni qaldıranda mən daha çox Sərmayənin Milliləşməsi və Milli İnternet Resurslarının yaradılmasına fokuslanmışdım. Amma onuda vurqulamışdım ki, dilimizə, dinimizə, mənəviyyatımıza, siyasətimizə hətta carpayımıza qədər girən sosial şəbəkələr üçün tədbir görmək lazımdır. Daha necə illər önce Almanya, Cin, İran, Türkmənistan kimi ölkələr bu təhlükəni öncədən görüb tədbirlərini aldılar. Ona görə biz də 2015-ci ildə Azərbaycanda sosial şəbəkələrin fəalliyyətinə baxılmasını və mütləq şəkildə alternativ Milli Sosial Şəbəkənin yaradılmasının zəruriliyini vurğuladıq. Hətta ilk Milli Sosial Şəbəkə Myday.az-ı yaratdıq. Bu adımımızla sərmayənin sosial şəbəkələrdən axınının qarşısını almağa çalışdıq. Həmçinin bu ideyanı gerçəkləşdirməklə biz milli mentalitetimizi, dəyərlərimizi və saya bilmədiyim bir cox aspektlərdə özümüzü müdafiyə etmiş olacaqdıq. Vaxtında hökumətin səlahiyyətli şəxslərinin düzgün reaksyası olsaydı, biz də bəzi ölkələr kimi qabaqlayıcı tədbirlər görə bilərdik.
O ki, qaldı qeyd etdiyiniz məsələyə, ABŞ prezidentinin bu məsələ ilə bağlı fərmanına. Aydındır ki, sosial şəbəkələrin “söz azadlıqı” adı altında yaratdığı xaotik gərginlik artıq bütün sahələrə silah olaraq cevrilib. Hec bir mənbəyə istinad olunmayan açıqlamalar adətən qərəzli və qeyri-etik status formatında yazılır. Ona görə ABŞ prezidenti bunu ölkəsinin milli maraqlarına təhlükə saydığı üçün bu cür fərman verməyə məcbur olub. Təbii ki, Trampın bu addımı Azərbaycanda da fərqli formada olsada tətbiq ediləcək. Ona görə yaxşı olardı ki, bu məsələ ilə əlaqədar mənim hələ 2015-ci ildə hazırladığım hazır layihəni gündəmə gətirib müzakirəyə çıxartsınlar. Və hazır material kimi istifadə edilsin.”
 
 
Share: