190 manatlıq birdəfəlik ödəmə iyunda da veriləcək?

“Artıq aprel və may ayları üçün 190 manat birdəfəlik ödəmələr verilib”.

Müstəqil.Az bildirir ki, bunu Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahda bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, karantin rejimi daha yarım ay uzadıldığı üçün bu məsələ Operativ Qərargahda müzakirə oluna bilər: “Bütün arqumentlər nəzərə alınaraq, yəqin ki, qərar veriləcək”.

Müstəqil.Az

 

Share: