Mahir Mehdi – Darıxaq

Mahir Mehdi – Darıxaq

Səsləndirdi: Tural Balabəyli

 

…Səni anladığım günə

söyə – söyə

darıxıram.

Olmasaydın darıxmazdım,

varsan deyə,

darıxıram.

Evdə, eşikdə, yuxuda

darıxıram

səhər, axşam.

Darıxmaqdı

işim – peşəm,

bircə bazar günü boşam.

… Saatın səsi – yoxluğun,

bir qələməm,

bir də varaq.

Bezmişəm tək darıxmaqdan,

dur gəl,

bir yerdə darıxaq…

 

 

 

Share: