Uşaq əlində yad cisimlə doğuldu – FOTO

ABŞ-ın Alabama ştatında yaşayan iki uşaq anası Luci Hellin növbəti dəfə hamilə qalmamaq üçün spiral taxdırıb.

Müstəqil.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hamilə qalma ehtimalının olmadığını düşünən qadına həkimlər18 həftədən sonra üçüncü dəfə ana olacağını deyiblər.

Luci Hellin uşağı dünyaya gətirməyə qərar verib. Ona Dekster Tayler adı da verib. Amma uşaq dünyaya gələn zaman əlində yad cisim tutması həkimləri şoka salıb. Beləki, uşaq doğulan zaman onun əlində anasının hamiləlikdən qorunmaq üçün taxdırdığı spiral olub.(Publika.az)

Share: