ƏBƏDİYYƏTİN MÜBARƏK, RƏSUL

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Rəsulun sevdiyi qıza yazdığı yeganə şeir

Səhərə yaxın yenə səninlə danışıram, Rəsul. Sənə demək istədiyim sözləri misra – misra vərəqə köçürürəm.Məhz köçürürəm, nöqtəsinə – vergülünə toxunmadan, bir sözünü dəyişmədən. əzbər bildiyim bir şeir kimi… Şairlik iddiasında deyiləm, heç vaxt da olmadım. Bu misraları da mənə sən yazdırdın, Rəsul. Kim bilir, sənin duyğularını, düşüncələrini nə qədər ifadə edə bildim?

İndi mənim üzümə
bütün qapılar bağlı.
Adım Rəsuldur mənim,
Məhəmməd Əmin oğlu.
Zindan da məzar kimi
qaranlıq və soyuqdur.
Öldü sonuncu ümid,
daha sabah da yoxdur.
Burdakı harayımı
heç allah da eşitməz.
Elə küsüb gedərəm,
məzarım da bilinməz.
Atam qürbətdə, anam
çarəsiz, gözü yolda.
Ürəyimdən keçdilər
son anda, dar macalda.
Elə alışıb yandıq,
sönmədi ki, bu ocaq.
Yerində dövlət qaldı,
bir də üçrəngli bayraq.

“Ellər atası” Stalin “oğul ataya cavabdeh deyil” demişdi, amma Rəsulzadənin bütün övladları Məhəmməd Əmin bəyin apardığı Azərbaycan davasına, istiqlal savaşına görə canları, qanları ilə cavab verdilər. İlk qurban 24 yaşlı Rəsul oldu. Rəsuldan bir məktub, bir şəkil, bir də sevdiyi qızın qoruyub saxladığı bir şeir qaldı. Rəsulu əks-inqilabi fəaliyyətinə görə 1938-ci il martın 1-də ölümə məhkum etdilər. Hökm martın 5-dən 6-na keçən gecə yerinə yetirildi. Rəsulun ölümü indi 82 yaşındadır. Özü həmişə 24 yaşında qalacaq. Borşovların, Panovların Rəsulun sinəsinə, Rəsulzadələrə, istiqlalımıza tuşladığı güllələrin açdığı yaralar ürəyimizdə həmişə qanayacaq

Rəsulun sevdiyi qıza-Kübra xanıma həsr etdiyi, bu günə qədər əlimizdə olan yeganə şeir parçasıdı bu. Xatırladım ki, həmin şeiri mənə Kübra xanımın qızı Səmayə xanım ailə arxivindən təqdim edib və həmin şeir də “Rəsul Rəsulzadəyə məktub” kitabında çap edilib.
Yetişmiş bağımda əsir yarpaqlar,
Görünməz burada yaşıl irmaqlar.
Sevdiyim Günəşin ziyası batmış,
Oxuyan bülbüllər xəyala dalmış.
Vətənim yadıma düşdükcə birər,
Qəriblik görməmiş ürəyim titrər.
Məhəbbət andıran boşluqdur səhra,
Sanki gözlərimdə canlanır Kübra.
Həyatım büsbütün nura boyanır,
məhəbbət eşqilə yatmış hissim oyanır.
Sevinib gülərək mənə baxırsan,
məhəbbət oxunu mənə yaxırsan.
Cəzb eləyir məni qara gözlərin,
sinənə tökülmüş incə tellərin.
Nə gözəl yaranıb sənin əllərin,
dürlü kəlmələrin, gözəl sözlərin.
Bu yolda ya qismət, ya ölüm lazım,
Bu sözü oxuyur daima sazım.
Dayanmış olurkən əsdi ruzigar,
Rəsuldan sənə bir qəlbdi yadigar.

Üçrəngli bayrağımız ucalsın deyə üç övladını itirən və bütün əzizlərindən ayrı düşən Rəsulzadənin özü qədər doğmalarına olan sevgi də əbədi yaşayacaq. Bu sevgini milyonlar yaşadacaq. Mən o sevgini yaşadan milyonlardan biriyəm.

Əbədiyyətin mübarək, Rəsul!

Nəcibə Bağırzadə

M.Ə. Rəsulzadə irsinin tədqiqatçısı,yazıçı, jurnalist. 

(qadinkimi.com.)

74 baxılıb
mersin escort