Abbasqulu Nəcəfzadə Mədəniyyət və Turizm naziri…- Təklif

Kadr məsələləri birbaşa cənab prezidentin səlahiyyətində olduğu üçün kiminsə namizədliyini hansısa məsul bir işə irəli sürmək bəlkə də naşılıqdır. Bildiyiniz kimi, Mədəniyyət və Turizm nazirinin yeri boşaldığı üçün son vaxtlar mətbuatda bəzi soydaşlarımızın bu vəzifəyə təyin olunması barəsində təkliflər irəli sürülür. Bu insanlar arasında yaxından tanıdığım, sənətinə və elmi fəaliyyətinə hörmətlə yanaşdığım sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadənin də adı hallanır…

Mən Abbasqulu Nəcəfzadə ilə ilk dəfə 2016-cı ildə ABŞ-ın İndiana ştatında, İndiana Universitetinin qonağı olarkən görüşmüşəm. Və onun həmin universitetdə möhtəşəm çıxışlarının, ustad dərslərinin şahidi olmuşam. Özünəməxsus ənənələri olan İndiana Universitetinin auditoriyasında vətənimizi elə ustaqlıqla təmsil edə bildi ki, yüzlərlə tələbədə Azərbaycan mədəniyyətinə maraq yaratdı…

Abbasqulu Nəcəfzadə gözəl tədqiqatçı alimdir. Azərbaycan musiqi tarixini, milli musiqi alətlərimizin barəsində onlarla elmi məqalələr yazıb, kitablar ərsəyə gətirib. Hamısı da səlist və mükəmməl. Bəlkə də ölkəmizdə bu sahədə onun qədər məsuldar çalışan alim yoxdur, deyə bilmərəm, amma Abbasqulu Nəcəfzadə bu sırada öndə olan aydınlarımızdandır…

Əsl alim elə əsl insandır. Bu mənada Abbasqulu müəllimin tayı-bərabəri yoxdur. Sadə, təvazökar, necə deyərlər, uşaqla uşaq, böyüklə böyük kimi rəftar etməyi bacarır. Bir şəxsiyyət kimi kamil adamdır…

Azərbaycan aşiqlərindəndir. Ona ABŞ-da qalıb universitetdə işləmək təklifi olunsa da bir mənalı şəkildə etirazını bildirib- Mən Azərbaycansız yaşaya bilmərəm- söylədi…

Onun idarəetmə istedadı da var. Bir yəhudi dostumun fikrləridir: “Muhəribəyə rəhbərlik etməkdən ötrü hərbiçi olmağa ehtiyac yoxdur, hərbiçilərə komandanlıq etmək bacarığın olsa yetər…”
Abbasqulu Nəcəfzadə bu bacarığı özündə daşıyan insanlardandır…

Bəli, Abbasqulu Nəcəfzadə təpədən dırnağa əsl ziyalıdır. Gözü tox, qəlbi geniş, sədaqətli insandır. Nazir kürsüsündə əsl ziyalı əyləşəndə rəhbərlik etdiyi sahədə uğurlar da bol olur…

Bir sözlə, mən də bu gözəl alimimizin namizədliyini irəli sürənlərə qoşulub, səsimin hansı səviyyəyə çatacağından asılı olmayaraq, bir sadə vətəndaş kimi bu təklifi dəstəkləyirəm. Vətənimiz və Dövlətimiz var olsun! Qismət Allahdandır!..

Elman Eldaroğlu

Share: