Ölüm yolçuluğu

Məchul bir kədər var içimdə ,
nə yarası nə ağrısı bəlli heç qanı da tökülmür ovcuma ki , sürtəm yumulmuş gözlərimə , açıla bəlkə. ..

Ömür yükümü əlimə alıb getməkdəyəm bir karvan köçündə səhralara üz tutub
qumların istisi dabanlarımı deyil ürəyimi yandırıb qovurur ,
suluqlamış ürəyimin acı suyu tökülür gözlərimdən qumda qalan ayaq izlərimə .
Qulağıma azan səsi gəlir hardansa ,
kimsə başımın üstündə Quran oxuyur,
mələkmi – nəmi sinəm üstə qonub silkələyir məni -“kəlmeyi -şəhadətini oxu “deyə…
Bir hıçqırıq eşidirəm hardansa
bir zaman gəlin köçəndə ardımca ağlayan qadının səsinə bənzəyir o səs. ..
heç vaxt ardımca su tökməyə əli gəlməmişdi getdiyim yerdən geri qayıtmayım deyə !
Mən dəfələrlə qayıtdım amma…
Qaçır yenə ardımca “qızımmm” -deyə üz- gözünü cıra -cıra
əlində su dolu dolça su tökür arxamca bəlkə geri qayıdaram deyə…
dodaqlarım pıçıldamağa başlayır ” əşhədü ənnə lailəha illəllah”…
… Sonuncu torpağı da kənara atır qəbirqazan , qazdığı qəbirdən çıxır
alnının tərini kirli dirsəyilə silib belini düzəldir .
– Gedin deyin qəbir hazırdır , basdıra bilərlər mərhuməni ..
Hündür çiyinlərdən ağ kəfərimin ıçındən çıxıb göylərə uçuram
hamıdan qabaq qaçıb qazılmış qəbrimi qucaqlayıram
torpağı öpürəm , dəli kimi qəbrimin içində
atılıb -düşür ,
toz-torpağı başıma sovururam .
İlahi yan-yörəmdəki təzə-köhnə ölülər necə xoşbəxtdirlər …
maraqla tanışları -qohumlarıyammı deyə boylanıb tanımağa çalışırlar .
Çənəm bağlı olduğu üçün suallara cavab verə bilmirəm…
sonuncu evimin pəncərələrini axtarıram yatağımı yoxlayıram yumşaqmı – bərkmi deyə !
Ayaqlarımı uzadıb biraz yanakı uzanıram ,
üstümə tökülən daş -kəsəklər məni incitmir nəsə …
Bir qadın çığırtısı gəlir uzaqlardan – “qızıııımm”…
bətnimi qucaqlayıram
son dəfə “anaaa məni qoyub getmə”- naləsini eşitmək ümidilə

Aida Adıgözəl
04.05.2020

Share: