“Mənim şeirə dönən anam, Misralara bükülüb yat…”- Qabil Ədalət

Şeir anam…
(Ferqane Mehdiyeva
ya İthaf)
Görə bildinmi anamı?
Soruşsa, demə necəyəm.
De ki, əvvəlki Qabildi,
Demə! gündüzdə gecəyəm…
Adam, xəbərsiz gedərmi?
Bəlkə, sözüm olacaqdı,
Bir ürək, dua sovqatım,
Bəlkə payım olacaqdı…
Yəqin, üzü gülür indi,
Əziz qonağı gəlibdir,
Saatlarla danişdığı,
Dərdə, ortağı gəlibdir…
Başın qat, şeirlə, sözlə,
Daha darıxmaz bilirəm.
Yuxuma qayıdacaqdı,
Daha qayıtmaz, bilirəm…
Hərdən bir təndir qalayın,
Söz yoğurun, şeir yapın,
Bizdən nigaran olanda,
Şeirlə təsəlli tapın…
Ülkəri, məni, Ülfəti,
Ovutma nakam balanı,
Acımıza gül divardan,
“Şəkildir bizə qalanı”.
Anam, qarşıla bacını!
Dərdləşin də, canı rahat,
Mənim şerə dönən anam,
Misralara bükülüb yat…
Qabil Ədalət
La imagen puede contener: 10 personas, incluidos Ferqane Mehdiyeva y Semaye Sahmarova
Share: