ABŞ Marsda 10 min insanın yaşayacağı şəhər tikəcək…

Massaçusets texnologiya institutundan mühəndislər və memarlar qrupu “Mars City Design” müsabiqəsində qalib gələrək, Marsda insanların yaşaya biləcəyi evin nümunəsini yaradıblar.

Müstəqil.Az  xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın aeronavtika və kosmik sahəsinin tədqiqatı üzrə Milli İdarə və Avropa Kosmik Agentliyi müsabiqənin təşəbbüskarı ilə sponsorları olub.

Mars evi planetin səthinin altında öz aralarında tunellərlə bağlı günbəzlər formasında hazırlanıb. Günbəzlər insanlar üçün radiasiya, temperatur fərqləri və kiçik meteoritlərdən etibarlı müdafiə təşkil edəcək. Hər günbəz 50 insanın yaşaması üçün nəzərdə tutulub. Ümumilikdə, layihə çərçivəsində 10 min insanın yaşayacağı şəhərin tikilməsi də planlaşdırılıb.

Share: