Stallone 16 yaşlı qıza təcavüz edibmi? – FOTO

Məşhur aktyor, Hollivud ulduzu Silvestr Stallone 1986-cı ildə 16 yaşlı qıza təcavüz etməkdə suçlanır.

71 yaşlı S.Stallone 31 il əvvəl yaşandığı iddia olunan hadisə ilə bağlı məsələni yalan və gülünc sayır.

Müstəqil.Az bildirir ki, iddia Britaniyanın The Daily Mail tabloidində yer alır.

Qəzet polis raportlarına istinadən bildirir ki, hadisə 1986-cı ildə ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində baş verib. Təcavüzə uğradığını söyləyən qadın bildirib: “O vaxt 16 yaşım vardı. 1986-cı ilin iyulun 16-sı idi. Silvester Stallone məni “Las Veqas Hilton” otelindəki 2767 saylı nömrəsinə dəvət etdi. Nömrədə məni özü və cangüdəni Maykl Meloni DeLuka ilə cinsi əlaqəyə vadar etdi. “Dediyimi etməsən, başını divara vuracağam” söyləyib təhdid etdi”.

Polis raportunun gerçək olduğunu guya sabiq polis detektivi Con Samolovitç təsdiqləyib.

S.Stallonenin vəkili Mişel Beqa iddianı qətiyyətlə rədd edib: “Bu, yalan, gülünc uydurmadır. Qəzetdə dərc olunanadək hadisədən kimsənin xəbəri olmayıb. Polis və ya hakimiyyət dairələri bu məsələ ilə bağlı heç zaman cənab Stalloneyə müraciət etməyiblər”.

Maykl Meloni DeLuka 2013-cü ildə yol qəzasında polislər tərəfidən güllələnib. DeLukanın maşınını polislər saxlayanda o, “Məndə silah var!” deyərək asayiş keşikçilərinə hədə-qorxu gəlməyə çalışmışdı.

Müstəqil.Az

Share: