Çox sadə üsulla wi-fi modeminizin gücünü artırın – VİDEO – FOTO

Dartmus kollecinin mütəxəssisləri​ ev şəraitində wi-fi siqnalının gücünü artırmağın yolunu tapıblar.

Müstəqil.Az Milli.az-a istinadən xəbər verir ki, bəziləri üçün bu üsul çox sadə gələ bilər. Çünki alimlər siqnalı gücləndirmək üçün alüminium folqasından istifadə ediblər.

Belə ki, onlar folqadan bir növ reflektor hazırlayıb və bununla da daha güclü wi-fi əldə ediblər.

Əksər wi-fi modemlər siqnalı öz ətrafında yayır və bu zaman siqnal ehtiyacımız olmayan yerlərə doğru yönəlir. Dartmus kollecinin mütəxəssisləri “WiPrint” adlı yeni alqoritm yaradıblar. Hansı ki, o, modemin quraşdırılacağı məkanı analiz edib uyğun rekleftor formasını təqdim edir. Daha sonra isə həmin formanı 3d printer vasitəsilə çap edib üzərinə alüminium folqası yapışdırıb nəticə almaq mümkündür.

Bu şəkildə reflektorsuz sadə modem göstərilib

WiPrint

Bu şəkildə isə reflektor quraşıdırılmış modem göstərilib.

WiPrint

Alimlər deyirlər ki, onların bu üsulu yönləndirilmiş antenalardan daha ucuz başa gəlir. Həm də reflektorla siqnala istiqamət vermək wi-fi modemimizi istəmədiyimiz qonşulardan qorumağa kömək edir.

Videonu izləmək üçün şəklə klikləyin:

Исследователи нашли способ усилить сигнал Wi-Fi в домашних условиях

 

Share: