Öddə daşın yaranmasının qarşısını alan qidalar..

Əksər insanları narahat edən sağlamlıq problemlərindən biri də öd kisəsində yaranan daşlardır. Bəs müxtəlif narahatlıqlarla bərabər sarılıq, hətta ölümlə belə nəticələnən öd daşının yaranmasının qarşısını necə almaq olar?

 

Öd daşı necə yaranır?

 

Ailem.az bildirir ki, öd kisəsi qarnımızın sağ üst qismində olan bir az armuda bənzəyən  orqandır. Müxtəlif kanallarla qaraciyərə bağlanan və qaraciyər tərəfindən yaranan öd şirəsi ilə vitaminlərin həzm olunmasına kömək edir.

 

Öd kisəsindəki balanssızlığın nəticəsi olaraq yaranan öd daşları müxtəlif xəstəlikləri də özü ilə bərabər gətirir. Ölümlə belə, nəticələnə bilən öd daşı xüsusilə çox doğuş edən kilolu qadınlarda rast gəlinir. Həmçinin çox yağlı yeyildiyində, xolesterol və ya estrogen tərkibli dərmanlardan istifadədən dolayı da yaranır. Üstəlik çox ağrı verir. Öd kisəsi daşları adətən öd kisəsinin cərrahi yolla götürülməsi ilə nəticələnir.

Mütəxəssislər isə öd kisəsi daşlarının yaranmasının qarşısını ala biləcək bir çox qidanın mövcud olduğunu bildirirlər.

 

Qəhvə və tünd şokolad

 

Qəhvə ilə tünd şokoladın birgə qəbulu öd kisəsində daşların yaranmasının qarşısını alır.

 

Müstəqil.Az

Share: