Supermarketdən viski və şokolad oğurlayarkən yaxalandılar

Abşeronda oğurluğa cəhd etmiş şəxslər tutulub.Müstəqil.Az  Lent.az-a istinadən  xəbər verir ki, Bakı-Sumqayıt şosesinin 12-ci kilometrliyində yerləşən “Azər-Siti” supermarketindən ümumi dəyəri 153 manat olan viski və şokolad oğurlamağa cəhd göstrən şəxslər iş başında yaxalanıblar. Araşdırmalar nəticəsində oğurluq etməyə çalışn şəxslərin Ağdaş rayon sakinləri, Sumqayıt şəhərində kirayəşin yaşayanlar 1991-ci il təvəllüdlü Rzayev Qabil Adil oğlu və 1999-cu il təvəllüdlü Allahverdiyev Vasif Bəhtiyar oğlu olması müəyyən edilib.

 

 

Onlar Abşeron rayon Polis İdarəsinə təhvil veriliblər.

Müstəqil.Az

 

Share: