Dəhşətli təyyarə QƏZASI: 20 sərnişin… – FOTO/VİDEO

Katmanduda qəzaya uğrayan sərnişin təyyarəsində 20 nəfərin həlak olduğu bildirlib.

Müstəqil.Az Publika.az-a istinadən  xəbər verir ki, Banqladeş rəsmilərinin verdiyi açıqlamaya görə, qəza zamanı təyyarənin ekipajında 90 yox, 71 nəfər olub. Təyyarənin stadiona düşdükdən sonra partlaması nəticəsində 20 nəfərin cəsədi yanıb, 17 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya çatdırılıb.

Qəzadan sağ çıxan sərnişinlərin olduğu deyilir. 14 nəfər isə itkin düşüb.

***

Məlumata görə, qəzaya uğrayan təyyarə ABŞ-Banqladeş reysi istiqamətində hərəkət edirmiş.

Publika.az-ın Daily Mail nəşrinə istinadən verdiyi məlumatına Təyyarənin ekipajında 90-a yaxın sərnişin olub.

Hadisə yerində xilasedici qüvvələr işləyir.

Bundan başqa, vətəndaşlardan biri sosial şəbəkələrdə hadisə yerindən görüntülər paylaşıb:

***

Nepalın paytaxtı Katmandunun Tribhuvan beynəlxalq hava limanının yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, Banqladeşin “US-Bangla” özəl aviaşirkətinə məxsus təyyarə eniş zamanı uçuş-eniş zolağına düşə bilməyib.

Təyyarə aeroport yaxınlığındakı futbol meydançası yaxınlığına düşüb. Qəzadan sonra təyyarə partlayıb.

Hadisə nəticəsində təyyarədə olanların öldüy deyilsə də, həyatını itirən şəxslərin sayı və kimlikləri açıqlanmayıb.

Könül Cəfərli

Share: