Qazaxda minik maşını aşdı: Ölənlər var

Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb.

Hərəkətdə olan KİA markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 1982-ci il təvəllüdlü Kamil Qaragözov və 1981-ci il təvəllüdlü Rəşad Vəliyev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Samir İsayev

Share: