80-ci Venesiya Film Festivalının bağlanış filmi məlum oldu

80-ci Venesiya Film Festivalının bağlanış filmi açıqlanıb.

Kulis.az xəbər verir ki, “IndieWire”in məlumatına görə, festivalın yekun filmi “Ferrari” bioqrafik dramı olacaq.

Filmin rejissoru Maykl Mann, baş rol ifaçısı isə Adam Driverdir.

Film 1957-ci ilin yayında, keçmiş ferrari yarış avtomobili sürücüsünün keçirdiyi böhrandan bəhs edir.

Qeyd edək ki, Venesiya Film Festivalı 30 avqustda baş tutacaq və 9 sentyabradək davam edəcək.

Share: