42 yaşlı qadın 20-ci dəfə ana oldu…

Müstəqil.az“İnterfaks”a istinadən xəbər verir ki, Yerusəlim şəhərinin sakini 42 yaşında 20-ci uşağı olan oğlan doğub.
Doğuş bir neçə saat çəkib və heç bir ağırlaşma halları olmayıb. Həkimlər uşağın tam sağlam olduğunu deyiblər.
Qeyd etmək lazımdır ki, 20 uşaqdan ikisi əkizlərdi. Qadının böyük övladlarının artıq öz uşaqları var.
Ana haqında yalnız o bilinir ki, o ultraortodoksal iudaizmin qolu olan haredimlərə aiddir. O özü və ailəsi haqqında danışmaqdan imtina edib.

Share: