29 ildir ad gününü qeyd etməyən telejurnalist….

20 yanvar tanınmış telejurnalist Mübariz Əsgərovun doğum günüdür. O, 1962-ci il yanvarın 20-də Ucarda anadan olub və Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 
 
Moderator.az-a açıqlamasında M.Əsgərov doğum günü Qanlı Yanvar hadisəsinə təsadüf etdiyi üçün bu günü qeyd etmədiyini bildirib:
“Artıq 29 ildir ki, doğum günümü keçirmirəm. Buna da səbəb bildiyiniz kimi 20 Yanvar hadisəsidir. Axırıncı dəfə doğum günümü 1989-cu ildə Moskvada tələbə olarkən qeyd etmişdim. Ondan sonra 1990-cı ildə 20 Yanvar hadisəsi ki, baş verdi və doğum günümü də tələbələrlə birlikdə nümayəndəliyin qarşısında keçirdik. Moskvada təhsil alan tələbələrimizlə bizim çox böyük mitinqlərimiz oldu. Bildiyiniz kimi 20 Yanvarla bağlı “Bir mətbuat konfransının tarixi adlı” film də çəkmişəm və hər il bu vaxtı telekanallarda yayımlanır. Həmişə doğum günlərimdə 20 Yanvar hadisəsini xatırlayıram”.
Müstəqail.Az
Share: