Azərbaycan torpaqlarında 3 Ermənistan vətəndaşı “Niva” ilə çaya düşüb öldü-FOTO-Yenilənib

Ermənistan sakini Azərbaycanın 26-cı ildir ki, işğal altında qalan Kəlbəcər rayonu ərazisində avtomobillə qəza törədib.

Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkə saytlarından biri məlumat yayıb. Məlumata görə, yanvarın 20-də saat 22: 07-də ​ qondarma separatçı rejimin qanunsuz “fövqəladə hallar” qurumunun Kəlbəcər ərazisi üzrə şöbəsinə  Kəlbəcər rayon mərkəzindən Zar kəndinə gedən yolun 12-ci kilometrində yol qəzası baş verməsi haqda informasiya daxil olub. Xilaskarlar yardım göstərmək üçün hadisə yerinə yollanıb.

Məlum olub ki, Ermənistanın  Vayotz-Dzor mərzinin Qladzor kənd sakini O.Q. digər həmkəndlisi E.N. ilə birlikdə  “Niva” markalı avtomobillə yoldan çıxıb və uçurumdan aşağıda axan çaya düşüb. Nəticədə  sərnişin E.H. yerindəcə  ölüb, O. Q. isə müxtəlif  dərəcəli xəsarətlərlə Kəlbəcərdəki xəstəxanaya aparılıb.

 Ermənistna KİV-də yayılan son məlumata görə, Kəlbəcərdəki bu qəzada erməni sürücü və  digər həmkəndlisi də ölüb. Beləliklə, ölən ermənilərin sayı 3-ə çatıb.

Müstəqil.Az

Share: