27 yaşlı gənc 244 kq-dan 136 kq-a düşdü , tamamilə başqa biri oldu – FOTOLAR

San Dieqoda yaşayan 27 yaşlı gənc fitness proqramına qoşulub və 244 kilodan 136 kiloya düşüb. Gənc oğlan arıqladıqdan sonra  keçirdiyi əməliyyatlar nəticəsində inanılmaz dərəcədə dəyişərək hər kəsi təəccübləndirib.
Moderator.az xəbər verir ki, Con adlı gənc verdiyi müsahibədə yemək asılılığı ilə apardığı apardığı mübarizədən danışıb. “20 yaşım olanda həkimə müraciət etdim, ancaq onlar mənim ağırlığımı ölçmədilər. Bundan sonra Floridadakı bir balıq bazarına getdim. Bazarın arxasında ticarət məqsədi ilə istifadə edilən bir yerdə çəkimi öyrəndim. Mənə verilən reaksiyaların heç birini xatırlamıram” deyən Con yemə vərdişinin ata-anasının boşanma dövründə başladığını bildirib.
Özünün ən ağır 244 kiloqramda olduğunu söyləyən Con, daha çox kilo alıb almadığını bilmədiyin deyir. Çünki balıq bazarında çəkisini öyrəndikdən sonra təkrar kilosunu öyrənmək üçün səy göstərməyib. Ağırlığı ucbatından bir neçə kreslo və stulun qırılmasına səbəb olan Con, tualetdə belə oturamadığını deyib.
12 yaşından bəri tanış olduğu qız ilə münasibətə başladıqdan sonra həyatının dəyişdiyini deyən Con, “ O məni olduğum kimi sevirdi. Mənimlə 240 kilo olanda evlənmişdi. Ancaq mən onun belə bir zərurətin içində yaşamasına icazə verə bilməzdim” deyərək arıqlamaq üçün ondan ilham aldığını bildirib.
Arıqlama mərkəzinin ən uğurlu iştirakçısı olaraq görülən Con, idman zalındakı uğurunun ardından yeni bir problemlə qarşı-qarşıya qaldığını və 9 kiloqramdan artıq dəri sallanması olduğunu da deyib.
10 saat davam edən əməliyyatdan sonra gövdəsi və qollarındakı dərinin böyük hissəsi alınan Con,  1 il ərzində dərisinin yeni meyarlarına uyğunlaşması üçün sıx geyimlər geyinəcəyini və bir an öncə sağalaraq yeni bir həyata başlağı səbirsizliklə gözlədiyin bildirib.

Share: