24 yaşlı Rəcəb Tayyib Ərdoğan da prezidentliyə namizəd oldu — Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla eyni ad, soyad və ata adına malik 24 yaşlı şəxs prezident və parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, həmin vətəndaş Türkiyənin Nevşehir vilayətindəndir.

O bildirib ki, seçicilərinin dəstəyinə ümid edir.

“Mən illərdir, AK Partiyaya xidmət etmiş bir ailənin üzvüyəm. Həmin partiyanın fəal üzvü kimi vətənimə şövqlə xidmət etməyə görə namizədlik üçün müraciət etdim”, – deyə 24 yaşlı Ərdoğan bildirib.


Share: