Qanunsuz saxlanılan odlu silahlar aşkar edilərək götürülüb
Müstəqil.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə istinadən bildirir ki, iyulun 27-də polis əməkdaşları qanunsuz saxlanılan silahları aşkar ediblər. Belə ki, paytaxt Bakıda və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı və 5 ədəd tüfəng aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Müstəqil.Az



















