110 müəllim yaxalandı…Türkiyədə əməliyyat…

Türkiyə polisi İstanbul və Ankarada geniş anti-terror əməliyyatı keçirib.

Müstəqil.Az xarici mediaya istinadla xəbər verir ki, əməliyyat zamanı İstanbulda 59, Ankarada 51 nəfər saxlanılıb.

Onlara qarşı Fətullahçı terror təşkilatına üzv olma maddəsi ilə cinayət işi başlanıb.

Ankarada saxlanılanların hamısı FETÖ məktəblərinin müəllimləridir.

 

Müstəqil.Az

Share: