ƏZİZ ŞUŞA, SƏN AZADSAN! – səfər təəssüratı

HACI PAŞA RÜSTƏMOVun Gözəl və füsünkar Şuşa şəhərinə ilk səfərimin təəssüratı

(Əmək zərbəçisi, Əmək veteranı və təqaüdçü pedaqoq)

Giriş:
Şuşa adı hər bir azərbaycanlı üçün müqəddəs bir addır. Şuşa dedikdə, Odlar Yurdu Azərbaycanın qədim və füsünkar tarixi, mədəniyyəti, folkloru, incəsənəti, təbiət füsünkarlığı və bütün gözəllikləri insanın gözləri önündə canlanır.

Açıklama yok.
Füsünkar və gözəl Şuşa şəhəri Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən 403 km. məsafədə yerləşir. Bu şəhər həm də, Xankəndi dəmir yolundan 11 km, Şuşulu kəndindən isə 6 km. məsafədə yer almışdır.
Bu qısa yazıda 06.05.2022-ci il tarixində gözəl və füsünkar Şuşa şəhərinə səfərimin təəssüratını qələmə almaq, onu əziz oxucularla paylaşmaq istəyirəm.

Şuşanın qədim tarixi:

Şuşa qədim yaşayış məskəni olmuşdur. Onun tarixi həm qədim, həm də genişdir. Qarabağda yerləşən bu gözəl və füsünkar şəhər 1400-1700 m. dəniz səviyyəsindən yüksəklikdədir. Onun havası dağ iqlim kurortu olaraq özünəməxsusluğu ilə seçilir.
Bir nəzərə görə, Şuşa şüş qayalıqlarla əhatə olunduğu üçün Şişə kimi adlanmışdır. Digər nəzərə görə, onun havası tər-təmiz, şəffaf və billur kimi olduğundan Şüşə olaraq adlanmış, sonralar həmin ad Şuşa formasında səslənmişdir. Həmçinin, uyğun mövzuda təqdim edilən digər fikirə görə, Şuşa şəhərinin adı onun 6 km.də yerləşən Şuşulu kəndinin adından alınmışdır…
Qarabağın tarixini qələmə alan Mirzə Adıgözəl Bəy öz əsərində yazır ki, Şuşanın ilk adı Qarabağ Xanlığın banisi Pənahəli Xanın adı ilə əlaqədar olaraq Pənahabad adlandırılmışdır. Daha sonralar şəhərin 6 km.də yerləşən Şuşulu adlı kəndin adına uyğun olaraq Şuşa qalası kimi adlandırılmış və məşhurlaşmışdır… Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Pənahabad adının bu şəhərə verilməsi 1752-ci ilə təsadüf etdiyindən bu il (2022) Şuşa şəhərinin 270 illiyi Dövlət tərəfindən rəsmi şəkildə qeyd edilir.

Açıklama yok.
Əldə olan məlumatlara görə, hələ 1886-cı ildə Şuşada 25 mindən çox əhali yaşayırmış. Onların yalnız az hissəsi sonradan (1825-1828-ci illər ərzində) bu ərazilərə köçürülən erməni və haylardan ibarət olmuşdur.
Məlumat üçün qeyd etmək lazımdır ki, 1828-ci ildə Rusiya və İran arasında bağlanmış “Türkmənçay” müqaviləsi əsasında Çar Höküməti düşünülmüş şəkildə İrandan 40 min, indiki Türkiyədən isə 84 min erməni haylarını köçürüb öz imperiyasının sərhədləri daxilində Qafqaza gətirmiş və burada məskunlaşdırmışdır. Çar I Nikolay Novruz bayramı günü ermənilərə tərəf çıxaraq Azərbaycan torpaqları hesabına “Erməni vilayətinin yaradılması haqqında” xüsusi fərman imzalamış və o gündən etibarən Qarabağ ətrafında faciəli toqquşma və münaqişələr başlamışdır… Əlbəttə, ermənilərin kimliyi və malik olduqları xislətlər tarix boyu hər kəsə bəlli olmuşdur. Belə ki, onlar tarix boyu xain, oğru, yersiz yerə hay-küy salan, riyakar, söyüş söyən, qorxaq, ürəyi xoflu, düşmənçilik edən və s. bu kimi xüsusiyyətlərlə yad edilmişlər. Bununla bağlı rus realist istiqamətinin əsasını qoyan tanınmış rus şairi, dramaturqu və nasiri, ədəbiyyatşünas və ədəbiyyat nəzəriyyəçisi, tarixçi, publisist və jurnalist, habelə 19-cu əsrin birinci üçdəbirinin ən nüfuzlu ədəbi simalarından biri Aleksandr Sergeyeviç Puşkinin (1799-1837) – “Sən qorxaqsan, sən qulsan, sən ermənisən…”, həmçinin, görkəmli rus şairi, yazıçı və dramaturq Mixail Yuryeviç Lermontovun (1814-1841) – “Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən…” cümləsi bu barədə yetərli ifadə sayılır.
Şəxsən mən özüm də, gənclik yaşlarımda (1965-68-ci illər ərzində) hərbi xidmətdə olarkən ermənilərlə bir yerdə olmuş və onların əsil xislətini yaxından müşahidə etmişəm. Bu baxımdan, mən ermənilərin mahiyyətini çox yaxşı tanıyıram. Bu gün də, dünyanın haqqsevər insanları ermənilərin qəsbkar, yalançı, yaltaq, riyakar, xain, tarixi öz xeyrinə dəyişib təhrif edən və digər bu kimi nalayiq xislətlərini müşahidə edir və kimin kim olduğunu çox gözəl tərzdə anlayırlar. Məhz buna görə, Azərbaycan xalqı dünya tarixində qurucu, ermənilər isə qəsbkar və dağıdıcı kimi qalacaqdır. Nə isə…
Şuşa şəhəri yarandığı zamandan etibarən tanınmış və bacarıqlı sənətkarlar, tacirlər, incəsənət xadimləri və s. sakinlərinə görə hər zaman bu sahələrdə inkişaf etmiş və nümunə olmuşdur. Bir zamanlar Şuşa tacirləri Təbriz, İstanbul, İsfahan, Tehran, Moskva və s. şəhərlərlə geniş ticarət əlaqələri qurmuş və bu da şəhərin iqtisadi inkişafına böyük töhfələr vermişdir. Hətta, o zamanlar Pənahabad şəhərində qızıl pul sikkələri kəsilmiş və dövriyyəyə buraxılmışdır.
Xurşid Banu Natəvan 1871-ci ildə öz vəsaiti hesabına bu şəhərə su kəməri çəkdirmişdir. Bu gün də, onun çəkdirdiyi su kəməri Şuşada “Xan qızı Bulağı” adı ilə tanınır.
1872-ci ildə Moskva şəhərində açılmış bir sərgidə Şuşa xalçası gümüş medala layiq görülmüşdür. Bu isə Şuşada hələ o zamanlar xalçaçılıq sənətinin mövcudluğu və inkişafının göstəricisi sayılır.
1918-ci ilin oktyabr ayının 25-də Nuru Paşa və Kamal Paşanın rəhbərliyi ilə Osmanlı ordusu ermənilərin törətdiyi qırğınlar və qətliamlarla bağlı Azərbaycana və o cümlədən Şuşaya gəlmiş və şəhərin müdafiəsinə qalxmışlar.
Sovetlər dönəmində bu olay Osmanlı İmperiyasının Qafqaz diyarı və Azərbaycan ərazisinə müdaxiləsi kimi təqdim edilsə də, əslində bu hadisə qardaşın dar gündə qardaşının yanında olması və qardaş müdafiəsindən ibarət idi. Biz həmin qardaşlığı II Qarabağ Savaşında bir daha yaxından müşahidə etdik.
Şuşa şəhəri işğal olunana qədər burada bir çox müəssisələr fəliyyət göstərirdi. Buna misal olaraq Qarabağ İpək Kombinatı Sexi, Kənd Təsərrüfatı Texnikumu, Musiqi təhsil məktəbləri, Mədəniyyət Sarayı, Texniki-Peşə Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Şəhər Kitabxanaları, Xalça Muzeyi və s. göstərmək olar. Burada həm də, Ü.Hacıbəyov və Bülbülün ev muzeyləri, pansionatlar, istirahətlər evləri və müxtəlif sanatoriyalar fəaliyyət göstərmişdir.
Həqiqət budur ki, bu gün Şuşa dedikdə, yalnız məşhurlar yada düşür: Üzeyir Hacıbəyov, Bülbül (əsil adı Murtuza olmuşdur), Nəvvab, Xurşid Banu Natəvan və başqaları…

Şuşanın işğal illəri:

1990-1993-cü illər ərzində Azərbaycan Respublikasında baş verən siyasi hərcmərclik hesabına Qarabağ torpaqları və eləcə də, 1992-ci ilin may ayının 8-də Şuşa şəhəri rusların himayədarlığı ilə ermənilər tərəfindən işğal edildi.
İşğalçı ermənilər təxminən 30 il ərzində bu gözəl və füsünkar şəhəri işğal altında saxlayaraq orada talançılıq və dağıntılara imza atdılar.
Mən hələ o illərdə pedaqoji kollektiv arasında Ulu Tanrının ədalətini əsas gətirərək müstəqil Azərbaycan Respublikasının gec-tez işğal olunmuş əzəli torpaqlarımızı azad edəcəyini söyləmişdim. Belə də oldu və 08 noyabr 2020-ci il tarixində 28 ildən sonra Ali Baş Komandanımız, cənab Prezident İlham Heydər oğlu Əliyevin müdrikliyi və qətiyyətli mövqei və eləcə də, Odlar Yurdu Azərbaycanın rəşadətli ordusunun əzmi sayəsində biz zəfər çaldıq və əzəli torpaqlarımız erməni işğalından azad olundu…

Şuşa işğaldan sonra:
Mənim həyatda ən böyük arzum işğaldan sonra Qarabağ torpaqlarını ziyarət etmək idi. Bunu 2 əsas amillə əsaslandırıram:
I. Müzəffər ordumuzun qazandığı bu möhtəşəm zəfəri və uğurları öz gözlərimlə müşahidə etmək, əziz və igid övladlarımızın keçdiyi Zəfər yolunu görmək və onların qəhrəmanlıqlarını yaxından duymaq;
II. Qarabağ torpaqlarını ziyarət etməkdə məni həvəsləndirən ikinci amil isə mərhum anamın ulu babalarının əslən Qarabağdan olmasından ibarət idi. Məndə olan məlumatlara görə, mərhum anamın ata-babaları Qarabağ torpaqlarından gəlmiş və indiki Cəlilabad rayonunun Abazallı kəndində məskunlaşmışlar…
Nəhayət, 06.05.2022-ci il tarixində erməni işğalından azad edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Paytaxtı Şuşa şəhərini ziyarət etmək mənə nəsib oldu. Beləliklə də, biz mayın 6-da səhər saat 6.30 radələrində Bakı şəhərinin Beynəlxalq Avtovağzalında qeydiyyatdan keçdikdən sonra Şuşa istiqamətində yola düşdük.
Yol boyunca yolun sağ və sol tərəflərində erməni vandalizminin nümunələrini ürək ağrısı ilə müşahidə edib, Şuşa şəhərinə çatanadək onları törətdikləri bu vəhşiliklərə görə lənətlədim.

Açıklama yok.
Bütün bu dağıntıları görüncə ürəkdən kədərləndiyim qədər, həm də azad edilmiş ərazilərdə aparılan quruculuq və abadlıq işlərini müşahidə edərkən ürəkdən sevinirdim. İnanıram ki, orada aparılan quruculuq və adablıq işləri beləcə davam edəcəyi təqdirdə, Qarabağ inşaallah 5 ildən sonra Cənnətə çevriləcəkdir.
Zəfər yolu ilə müqəddəs Şuşaya çatdıq. Bələdçi bizi salamladı və səfər proqramı üzrə Şuşa qalasının ziyarətinə yollandıq. Biz Şuşaya daxil olduqda orada I Beynəlxalq Kulinariya Festivalı keçirilirdi. Bu baxımdan Şuşada toy-bayram əhval-ruhiyyəsi hakim idi. Bu da bizim ikiqat sevincimizə səbəb olmuşdu.
Ziyarətimizin davamında Xurşid Banu Natəvanın Ev Muzeyi ilə yaxından tanış olduq. Ardınca Şuşanın məşhur Yuxarı Gövhər Ağa məscidi və Aşağı Gövhər Ağa məscidini ziyarət etdik. Şuşa şəhərində Bülbülün Ev Muzeyinin ziyarəti xüsusi marağa səbəb oldu. Ev Muzeyinin həyətində 150-200 il yaşı olan bir tut ağacı var idi. Deyilənə görə, mərhum Murtuza (Bülbül) uşaq yaşlarında ikən həmin tut ağacına çıxıb oxuyurmuş.
Bundan sonra bizi Molla Pənah Vaqifin Məqbərəsi ilə tanış etdilər. Məqbərə çox böyük zövqlə bərpa olunub və kənardan göz oxşayırdı.
Daha sonra bələdçi bizi Şuşa şəhərinin mərkəzi ilə tanış etdi. Orada aparılan quruculuq-bərpa işlərini görüncə sözün həqiqi mənasında valeh oldum. Orada Dövlətimizin iradəsi və gücünü müşahidə edib, böyük sevinc hissi keçirdim.
Bütün bunlardan sonra isə məşhur Cıdır düzünü ziyarət etdik. Orada ən maraqlı məqamlardan biri də, Cıdır düzündən Şuşanın bir çox kəndləri, o cümlədən Xankəndi şəhərinin müşahidə edilməsi idi. Ən başlıcası da, qəhrəman ordumuzun məhz bu məkanda erməni quldurlarına divan tutub canları bahasına onu işğaldan azad etməsi idi. Bu baxımdan Cıdır düzündə namaz qılaraq şəhidlərimizin xatirəsini əziz tutdum.
Ümumilikdə biz 4 saata yaxın bir müddət ərzində Şuşada olduq. Qəribədir ki, sanki həmin 4 saat ərzində orada ilin 4 fəslini müşahidə etdik.
Bələdçi ziyarətimizin yekunlaşdığını elan edəndə Şuşadan geri qayıtmaq istəmirdik. Biz Şuşadan ayrıldıqda isə Ulu Tanrının göydən göndərdiyi bərəkətli yağış yağmağa başladı…
Şuşa şəhərini ziyarət edərkən ilk əvvəldən sonadək Müzəffər Ali Baş Komandanımız və onun müzəffər ordusunun rəşadətini, xüsusilə də, cənab Prezidentin bu sözlərini xatırlayırdım: “Əziz Şuşa! Sən azadsan! Əziz Şuşa! Biz qayıtmışıq! Əziz Şuşa! Biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

Təşəkkür və minnətdarlıq!

Sonda bu müqəddəs ziyarətə görə ilk növbədə Ulu Tanrı dərgahına şükür edir, Azərbaycan Dövləti və onun Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevə sonsuz məhəbbətimi və təşəkkürümü bildirirəm!
Bu zəfəri bizə qazandırmış müzəffər ordumuza, xüsusilə də, Vətən uğrunda canından keçmiş əziz şəhidlərimizə minnətdaram! Dəyərli və qəhrəman qazilərimizə də Ulu Yaradandan şəfa və möhkəm can sağlığı diləyirəm!
Həmçinin, bu səfərin gerçəkləşməsində hər növ zəhməti olmuş hər kəsə, xüsusilə də, səfər zamanı məni əvvəldən sonadək əlimdən tutub Şuşanı gəzdirən vətənpərvər, qayğıkeş, səmimi və çox sevimli nəvəm Vüsal Rüstəmliyə öz səmimi minnətdarlığımı bildirirəm!

Share: