Ərdoğan Qətərə yollanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfərə gəlib.

Müstəqil.Az xəbər verir ki, Türkiyənin dövlət başçısını Doha Beynəlxalq hava limanında Qətərin müdafiə naziri Xalid bin Məhəmməd əl Аdiyyə, Türkiyənin Qətərdəki səfiri Fikrət Özər və digər rəsmi şəxslər qarşılayıblar.

Nümayəndə heyətinin tərkibinə prezidentin xanımı Əminə Ərdoğan, Baş Qərargah rəisi general Əbdülhəmid Güləm, Ədliyyə, Xarici işlər, İqtisadiyyat, Energetika və Təbii Sərvətlər, Gənclər və İdman nazirləri, habelə digər yüksək rütbəli məmurlar daxildir.

Müstəqil.Az

Share: