Livanın Baş naziri yaxın iki gün ərzində Beyruta qayıdacaq

Livanın istefa verən Baş naziri Saad Hariri yaxın iki gün ərzində Beyruta qayıdacaq.

Müstəqil.Az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Hariri bu barədə özünün “Twitter” səhifəsində yazıb. “Hər şey yaxşıdır, iki gündən sonra qayıdacağıma (Livana –red.) ümid edirəm. Ailəm öz vətənləri Səudiyyə Ərəbistanında qalacaq”, – deyə Hariri qeyd edib. O, həmçinin livanlıları “sakit olmağa” çağırıb.

Xatırladaq ki, Livanın Baş naziri noyabrın 3-də Səudiyyə Ərəbistanına səfərə gedib və orada gözlənilmədən öz postundan istefa verdiyini elan edib.

Haririnin istefasını hələlik rəsmən təsdiqləməyən Livan Prezidenti Mişel Aun, bəzi siyasətçilər və müşahidəçilər onun “Hizbullah” hərəkatının mövqeyinin gücləndiyi Livandakı vəziyyətdən narazı olan Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən Ər-Riyadda zorla saxlanıldığını güman edirdilər.

Müstəqil.Az

Share: