ABŞ-da naməlum şəxs məktəb ərazisində atəş açıb

ABŞ-ın Kaliforniya ştatında naməlum silahlı şəxs məktəb ərazisində atəş açıb.

Müstəqil.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident nəticəsində 3 nəfər ölüb.

Atəş açan şəxsin öldürüldüyü bildirilir.

Hadisə Tehama dairəsində ibtidai məktəbin həyətində baş verib. “Bir neçə məktəbli hadisə yerindən helikopterlə aparılıb”, – deyə şerif müavini Fil Conston bildirib. Polis hazırda məktəb binasında və yaxın ərazidə axtarış tədbirləri aparır.

Müstəqil.Az

Share: