Ələddin Əzimli “Susamış dəniz”ni təqdim etdi…

Tanınmış jurnalist, istedadlı şair Ələddin Əzimli yeni kitabını oxucularına təqdim edib. 

Müstəqil.Az xəbər verir ki, şairin yenicə nəşr olunan sayca yeddinci kitabı -“Susamış dəniz” şeirlər toplusunun təqdimat mərasimi 12 yanvar 2019-cu il tarixdə Bakıdakı “Kitab evim.az”-da keçirilib.

Təqdimat mərasimini giriş sözü ilə tanınmış publisist Süleyman Mustafa açaraq şairin kitabının məziyyətlərindən bəhs edib, Ələddin Əzimlinin yaradıcılığından söz açıb.

Tədbirdə şairin qələm dostları, tanınmış yazıçı Camal Zeynaloğlu, Nizami Muradoğlu, Faiq Balabəyli, Elşad Barat çıxış edib, şairi yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik ediblər.

Tədbirdə, şairin oxucuları, şeirsevələr, Milli Elmlər Akademiyası Folklor İnstitunun elmi işçiləri və tələbə yoldaşları iştirak ediblər.

Bir neçə saat davam edən tədbir Ələddin Əzimlinin çıxışı ilə yekunlaşıb. Şair yeni kitabındakı şeirlərini oxuyub.
Müstəqil.Az

Share: