Şəkil-şəkil süzülürəm gözündən…

Yenə hicran …yagdı həsrət yagışım !
Damcılarla ləcəkləndi balışım …
Yenə kədər, hisran qoxdu üst başım …
Yazıq mənə !

Yenə gecə…yenə qələm , yenə sən !
Şəkil-şəkil süzülürəm gözündən !
Ha gizlət sən … tökülürəm şerindən !
Yazıq sənə !

Çox deyərdin… mən tərs idim , sən inad !
Bu oyunda mən cıgaldım, sən də mat !
Bu da ki, son ! Hər ikimiz yenə pat !
Yazıq bizə !

Yazı, yayı boş bir hecə bitirdik !
Payız ömrə hacan gəlib yetişdik ?
Yeyib qəlbi tikə-tikə ötürdük !
Yazıq ömrə !

Aida Adıgözəl.
12.01.2019

Görüntünün olası içeriği: Aida Adıgözel, ayakta, gökyüzü, açık hava ve doğa
Share: