Ərdoğandan Suriyanın vurulmasına – Reaksiya

Suriya rejiminə qarşı aparılan əməliyyat düzgündür.

Müstəqil.Az  xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

“Təəssüf ki, Suriyada oynanılan oyun başqadır. Suriyada aparılan iş belədir: Əvvəl rejimin zülmünə səssiz qalırlar, sonra bir terror təşkilatını dəstəkləyib meydana çıxarırlar. Başqa bir terror təşkilatı isə layihəni həyata keçirir. Biz bu oyunu çoxdan həll etmişik. İŞİD-ə qarşı aparılan əməliyyat zamanı 3 min terrorçunu məhv etdik. Kimyəvi silahlarla o balaların düşdüyü vəziyyəti yəqin ki, qəbul etməyimiz mümkün deyil. Kimsə günahkardır və bunun əvəzini ödəməlidir. Bununla rejim bir daha gördü ki, qeyri-insani addımlar cavabsız qalmayacaq”, – Ərdoğan söyləyib.

Xatırladaq ki, ABŞ, Fransa və İngiltərə Suriyada rejimə məxsus hərbi obyektlərə zərbələr endirmişdi.

Müstəqil.Az

Share: