Zurabişvili: Azərbaycanla münasibətlərimiz mükəmməl səviyyədədir

Bizim münasibətlər tarixən mükəmməl səviyyədə olub. Çünki biz bu regionun oxşar tarixi olan iki ölkəsiyik. Eyni çətinliklərlə üzləşmişik, eyni münaqişələri, hətta bəzən eyni faciələri yaşamışıq, bununla belə aramızda heç vaxt problem olmayıb.

Bunu Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili AZƏRTAC-a verdiyi müsahibədə bildirib.

“Bizim yaxın tarix çox maraqlı olub və bu dönəm ərzində biz region üçün vacib olan bir sıra layihələr gerçəkləşdirmişik. Ancaq bu layihələr təkcə bizim regionla məhdudlaşmır”, – deyə xanım prezident qeyd edib.

Gürcüstan liderinin sözlərinə görə, bir vaxtlar iki ölkənin Bakı-Tbilisi-Ceyhan neft kəməri  və digər layihələri gerçəkləşdirə biləcəyinə heç kim inanmırdı.

“Bu, böyük uğur hekayəsidir. Bu layihəni başa çatdırmağımız bizim əməkdaşlığın sona çatdığı anlamına gəlməməlidir. Bizim münasibətlər həm də ona görə mükəmməl səviyyədədir ki, biz bu gün yeni perspektivləri müzakirə edirik. Bu perspektivlər iki ölkə sərhədlərini də ötüb keçir”, – deyə Zurabişvili bildirib.

Share: