İcra başçısının ölüm səbəbi bilindi

Naftalan rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölümü səbəbinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib.
BakuPost xəbər verir ki, Bakı Şəhər Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, R.İbrahimovun fevralın 24-də yaşadığı mənzildə vəfat etməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Müvafiq ekspertizalara təyin olunub.
Ölümün səbəbinin müəyyənləşdirilməsi istiamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Hüquq-mühafizə orqanlarındanverilən məlumata görə, icra başçısı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb
Qeyd edək ki, ilkin məlumatda icra başçısının ürərktutmadan vəfat etdiyi qeyd olunurdu.
Share: