“Zirə” Moldova millisinin futbolçusunu aldı – Foto

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Müstəqil.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, paytaxt klubu Moldova millisinin üzvü Aleksandr Dedovla anlaşıb.

28 yaşlı yarımmüdafəçi ilə bir il yarımlıq müqavilə bağlanılıb. Dedov ölkəsinin “Milsami” klubundan transfer edilib.

2012-ci ildən Moldova milli komandasında çıxış edən futbolçu yığmada keçirdiyi 39 oyunda 3 dəfə fərqlənib.

Share: