Meksikada radioaktiv maddələr olan konteyner oğurlandı.7 ştatda həyəcan siqnalı verildi

Meksikada radioaktiv maddələr olan konteynerin oğurlanmasından sonra 7 ştatda həyəcan siqnalı verilib.

Müstəqil.Az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Latınamerika ölkələri vətəndaş müadafiəsi milli xidməti məlumat yayıb.

Oğurluq hadisəsi fevralın 8-də Quanaxuato ştatında baş verib. Hazırda 7 ştatda zərərli maddələrin olduğu konteynerin axtarışları aparılır.

Mütəxəsislər sözügedən maddələrin insan sağlamlığı üçün ciddi təhlükə daşıdığını bildiriblər.


Share: