Zelenski Makron və Şolts ilə görüşmək üçün Parisə getdi

Ukrayna Prezidenti Volodimir Zelenski Londondan Parisə yola düşüb, orada fransalı həmkarı Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

“Volodimir Zelenski Londondan uçdu və tezliklə Parisin Orli hava limanına enməlidir”, – məlumatda deyilir.

Qeyd edək ki, fevralın 8-də Zelenski Londona səfər edib. Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri onun ikinci xaricə səfəridir.


Share: