Türkiyənin şərqində güclü zəlzələ oldu

Türkiyənin Muş şəhərinin Bulanık rayonunda 5.4 maqnitudalı zəlzələ olub.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı Bulanıkdan 33 km cənub-qərbdə olub. Zəlzələnin episentri 60 km dərinlikdə olub.

Təbiət hadisəsi Bakı vaxtı ilə 00:05-də qeydə alınıb.

Share: